Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 20 Yanvar şəhidləri anıldı

20 yanvar 2020 | 16:00

20 Yanvar 2020-ci il tarixdə Masallı rayonunda şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb. Hər yerdə şəhidlərin xatirəsinə böyük etiram ifadə edilib.

Həmin gün kənd və qəsəbələrdən rayon mərkəzinə böyük axın yaşanıb.
Masallı şəhər Qəhrəmanlar parkında – şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.
Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
Müqəddəs and yerimiz, milli qürur ünvanımız olan Şəhidlər abidəsinə yol başlanır. Bu yolu qürurla addımlayanların, vətəndaşlıq borcunu yerinə yetirməyə gələnlərin sırası həmrəyliyin, Vətən və xalq yolunda, torpaqlarımızın bütövlüyü naminə şəhid olanlara ehtiramının görüntüsü kimi diqqəti cəlb edir.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, məktəblilər, ziyalılar, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsinin veteranları,  ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər qərənfillər qoyaraq şəhidlərin ruhunu ehtiramla yad ediblər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Tədbir gün ərzində davam edir. Ziyarətə gələnlərin axını dayanmır.

Keçidlər