Azərbaycan xalqının xilaskarı
23 yanvar 2020 | 16:00
Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi istiqamətində rayon Təhsil Şöbəsi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq Masallı şəhər Heydər Əliyev Mərkəzində Təzə Alvadı 1 nömrəli məktəbin müəllim və şagirdlərin iştirakı ilə “Azərbaycan xalqının xilaskarı“ mövzusunda tarix dərsi keçirilmişdir.Tarix dərsi Pərviz Ağahüseynov tərəfindən aparılmışdır. İlk öncə şagirdlər Mərkəzin Ekspozisiya-sərgi zalında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolardan ibarət stendlərlə tanış olmuşlar.Daha sonra Mərkəzin 3D kinozalında “Dahi şəxsiyyət “ sənədli filminə baxış keçirilmişdir.