Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda gənclər arasında “Könüllülər-2020” mövzusunda konfrans

27 yanvar 2020 | 16:00

27 yanvar 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin , Təhsil şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci ili “Könüllülər ili” elan etməsi ilə əlaqədar olaraq gənclər arasında “Könüllülər-2020” mövzusunda konfrans keçirilmişdir

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirdi ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyərdir. Dövlət başçısının Sərəncamı son dövrlərdə könüllülük hərəkatının geniş vüsət alması işinə güclü təkan verəcək.İdarə rəisi vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Könüllülərimiz öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi və müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş, ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, “Formula 1” yarışları, IV İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirlərin həyata keçirilməsində əvəzsiz rol oynamışlar. Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin əməkdaşı Nuranə Muradova, Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, ,Təhsil şöbəsinin metodisti Abbas Abbaszadə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması və ümumilikdə gənclərin inkişafına xüsusi qayğı və diqqəti, gənclər sahəsində həyata keçirilən siyasətin prioritet olaraq müəyyən olunması istiqamətində atılan addımlardan danışdılar

Tədbirdə fəal gənclərdən İradə İmanbəyli, İdrak Əkbərli, İslam Ərzullazadə, Rafət Şirəliyev çıxış edərək könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb və bu il onların fərqli layihələrlə daha böyük uğurlar qazanacağına əmin olduğlarını bildirdilər.

Tədbirdə həmçinin könüllülüyün region gənclərinin arasında təşviqi, maarifləndirmə xarakterli tədbirlərin təşkili, geniş könüllü şəbəkəsinin formalaşdırılmasına dəstək məqsədilə uzun müddətli proqramların icrası, könüllülər üçün düşərgələrin təşkili və digər istiqamətlər ilə bağlı təkliflər dinlənilib və geniş müzakirələr aparılıb.

Keçidlər