Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Gənclər günü münasibəti ilə tədbir

30 yanvar 2020 | 16:00

30 yanvar 2020-ci il tarixdə Masallı rayon Heydər Əliyev Mərkəzində “2 fevral Gənclər günü “ münasibəti ilə Gənlərin İnkişaf və Karyera Mərkəzinin  birgə təkilatçılığı ilə “ Müasir Azərbaycan gəncliyi ”mövzusunda tədbir keçirilmişdir.

Mərkəzin direktoru Dilbər İbayeva tədbiri açıq elan edərək bildirmişdir ki,gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Həmçinin, dünyanın istənilən ölkəsində gənclər də sosial-iqtisadi inkişafın aparıcı qüvvələrindən biri, cəmiyyətin islahatları hərəkətə gətirən zümrəsi və yaşlı nəslin davamçısı hesab olunur, gənclər cəmiyyətin ən dinamik zümrəsi olmaqla ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Ancaq ənənələr, milli dəyərlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Tədburdə çıxış edən Mərkəzin elmi işçisi Rəşad Dadaşova bildirmişdir ki, Şərqlə Qərbin birləşdiyi, sivilizasiyaların qovuşduğu məkan hesab olunan Azərbaycanda bu gün gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.Azərbaycan gəncliyi ictimai həyatın bütün  sahələrində aktiv fəaliyyəti ilə seçilir. Müasir gənclik günün nəbzini tutmağa, bacarıq və qabiliyyətini nümayiş etdirməyə çalışır. Diqqət yetirsək görərik ki, tariximizin bütün mərhələlərində gəncliyimizin özünəməxsus rolu var.

Daha sonra çıxış üçün söz Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllülərinə verildi.

Gənc Könüllü Əsra Yusifli öz çıxışında bildirdi ki,tarixin bütün dönəmlərində böyük şəxsiyyətlər dövlətin gələcəyini gənclərə tapşırıb.Çünki gənclik cəmiyyətdə islahatları hərəkətə gətirən və bütün sahələrdə hərəkətverici qüvvədir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri gənclərə dövlət dəstəyinin gücləndirilməsindən ,onlara hərtərəfli diqqət göstərilməsindən ibarətdir. Ölkə başçımızın bu ili “Könüllülər ili”kimi qeyd etməsi təsadüfi deyil. Bu ilin bizim ilimiz olması məni və mənimlə bərabər bütün Azərbaycan Könüllülərini ruhlandırır. Biz inanırıq ki,bu il və bundan sonrakı bütün illərdə Azərbaycan Könüllüləri ölkəmizin inkişafında mühüm rol oynayacaqdır.

Daha sora gənc könüllü İslam Ərzullazadə öz çıxışına ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: ”Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq ,onların imkanlarından maksimum istifadə edəcəyik”. Heç kəsə sirr deyil ki,gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki,hər bir ölkədə dövlətçiliyin,müstəqilliyin daha da möhkəmləndirilməsi, gələccəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən,onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.

Keçidlər