Şriftin ölçüsü :

Saytın rəngi :

BANBAŞI ƏRAZİSİNDƏ NOVRUZ ŞƏNLİYİ

18 mart 2014 | 16:00

17 mart 2014-cü il tarixdə Banbaşı ərazisində Novruz şənliyi keçirilmişdir. Şənliyi məktəbin Ədəbiyyat müəllimi Sevda Məmmədova açmış, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş və Novruz bayramı haqqında qısa məlumat vermişdir. Məktəbin direktoru Abusət Hüseynov tədbir iştirakçılarını və qonaqları pedaqoji kollektiv adından salamladı.

            Masallı RİHB-nin Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hörmət Balakişiyev tədbirdə iştirak edənləri bayram münasibəti ilə təbrik etdi, belə möhtəşəm ənənəvi bayram mərasiminin keçirilməsini söylədi. Masallı Rayon İcra Hakimiyyəti Başçısının müavini Seymur Nuriyev şənlikdə iştirak edənləri Masallı rayon İcra hakimiyyətinin başçısı adından təbrik edərək Novruzun ümumxalq bayram kimi uzun əsrlərdən bəri yurdumuzun h ə r bir guşəsində müxtəlif el şənlikləri v ə mərasimlərlə qarşılandığını qeyd etdi. Əsrlərin sınağından çıxmış Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir.  Novruzun bu gəlişi insanlarda inam hissini və yaradıcılıq şövqünü artırır. Əziz il bayramınız, Novruzunuz mübarək! Qoy gələn illərimiz bundan da sayalı olsun!

            Masallı rayon İcra hakimiyyəti başçısının aparatının baş məsləhətçisi Namiq Ağayev şənliyin yüksək səviyyədə təşkil edildiyini, ərazi sakinlərini Novruz bayramı münasibəti ilə təbrik etdi. Gözəl zövqlə bəzədilmiş fayton, məşəl tonqalı, milli geyimli oğlan və qızlar Novruz adətləri ilə bəzədilmiş bayram xonçaları, Kosa, Keçəl bugünkü şənliyə xüsusi yaraşıq verir, xoş ovqat bəxş edirdi...  Məktəbin halay qrupu, rəqs kollektivi öz yaddaqalan ifaları ilə şənlik iştirakçılarını heyran qoydu. Dədə Qorqud tonqalı alovlandırdı, qızlar şəkərbura, şorçörək yaydılar, körpə fidanlar “Cücələrim” rəqsini ifa etdilər. Məktəbin fəal şagirdi Yavər Məmmədovun oynaq mahnı ifaları dostların ifasında dahi Üzeyir Hacıbəyovun məşhur əsərlərindən parçalar, Vətənə, bahara aid şerlər alqışlarla qarşılandı. Kosanın, Keçəlin zarafatları, faytonda gəzintilər Novruz bayramı şənliyini daha da gözəlləşdirdi. Şənlikdə Banbaşı, Böyük Xocavar və Binə Xocavar kənd sakinləri də iştirak etdilər.
            Şənliyin sonunda kənd sakinlərindən Rəyasət İbrahimova, Durangül İbrahimova və başqaları çıxış edərək, belə bayram tədbirlərinin hər bir ərazidə keçirilməsini xalqın rifah halının bayram əhvalında olması ilə əlaqələndirdilər və buna görə ölkə başçısının, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının respublikamızın hər bir bölgəsinə yüksək diqqət və qayğısı kimi qiymətləndirdilər.

Keçidlər