Şriftin ölçüsü :

Saytın rəngi :

Plantasiyalar genişlənir

07 fevral 2020 | 16:00

Bir vaxtlar nümunəvi məhsuldar çay plantasiyaları ilə dövrələnən Kolatanda yenə də bu sərvətin artırılmasına səy göstərilir.

Kənd ərazi nümayəndəsi Səyavuş Ağayevdən aldığımız məlumata görə Ölkə Prezidenti cənab İlham Əliyevin çayçılığın, çəltikçiliyin,sitrusçuluğun inkişafı ilə əlaqədar  Lənkərandakı müşavirəsindən sonra  Kolatanda bu sahənin genişləndirilməsi üçün əsaslı tədbirlər həyata keçirilir. İndi Kolatan ərazisində 115 hektar çay sahəsi mövcuddur. Bunun 100 hektarı “Azərsun Holdinq” şirkətinin payına düşür.

Çayçılığın inkişafına dair Dövlət Proqramının icrası istiqamətində Masallıda mühüm tədbirlər həyata keçirilir. Dövlətin dəstəyi ilə kənd fermerləri Etibar Sadqov, Mübariz Abuşov, Valeh Mikayılov, Nizam Şiriyev payızda daha 10 hektar sahədə çay şitili əkiblər. İndi körpə bitkilərə aqrotexniki qulluq göstərilir.

Keçidlər