Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda “Xocalı qətliamı” filmi nümayiş olundu

17 fevral 2020 | 16:00

17 fevral 2020-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “26 fevral – Xocalı Soyqırımı Günü” nə həsr olunmuş gənclər arasında “Xocalı qətliamı” filmi nümayiş etdirilib.

Tədbirdə əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirib ki, Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciəni əks etdirən kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri sarsıdır, sızladır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Tədbirdə Masallı şəhər Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva , Təhsil şöbəsinin metodkabinetin müdiri Bəybala Xəlilov çıxış edərək Azərbaycan tarixinin acı səhifələrindən biri olan Xocalı soyqırımı barədə məlumat verib. Qeyd edilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri əhalisi tamamilə azərbaycanlılardan ibarət olan Xocalını bir gecədə darmadağın edib, şəhərin dinc əhalisini etnik azərbaycanlı olduqları üçün qətliama məruz qoyub və ermənilər tərəfindən insanlara qarşı inanılmaz vəhşiliklər törədilib. Törədilən qətliamın misli görünməmiş qəddarlıq və tarixdən silinməz bir soyqırımı olduğunu bildirdilər.

Tədbirdə “26 fevral – Xocalı Soyqırımı Günü” nə həsr olunmuş “Xocalı qətliamı” filmi nümaiş olundu.

Keçidlər