Masallıda Boks idman növü üzrə rayon birinciliyi
17-18 fevral 2020-ci il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı Boks Mərkəzində 26 fevral Xocalı qurbanlarının əziz xatirəsinə həsr olunmuş 2006-2008-ci il təvəllüdlü yeniyetmələr arasında boks idman növü üzrə rayon birinciliyi keçirilmişdir.
Tədbirin mükafatlandırma mərasimində çıxış edən Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Xocalı faciəsi ilə bağlı məlumat verib, Azərbaycanın şanlı tarixində qanlı hərflərlə yazılan Xocalı soyqırımının yaddaşlarda silinməz izlər buraxdığını bildirib. Qeyd edib ki, qədirbilən xalqımız soyqırım qurbanlarının xatirəsini əziz tutur, onları hörmətlə yad edir. Hər il faciənin ildönümündə keçirilən müxtəlif tədbirlərdə erməni vəhşilərinin xalqımıza qarşı törətdiyi qətliamın baş vermə səbəbləri, təfərrüatları bir daha yada salınır.
11 çəki dərəcəsində 88 nəfər yeniyetmə idmançıların iştrakı ilə keçirilən yarış olduqca gərgin və maraqlı mübarizə şəraitində keçirilmişdir.
Sonda yarışda qalib gəlmiş idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılmışlar.