Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA NOVRUZ ŞƏNLİYİ

19 mart 2014 | 16:00

18 mart 2014-cü il tarixdə Masallı rayon İcra hakimiyyəti başçısı aparatının qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirildi.

            Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak etdi.

            Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış oldu və bayram tonqalına alov vuraraq möhtəşəm bayram tədbirini açıq élan etdi.

            Əvvəlcə tədbir iştirakçılarını Dədə Qorqud və Bahar qızı salamlayaraq xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdi.

            Sonra Kosa və Keçəlin yumoristik səhnələri və eyni zamanda da körpə fidanlara öz Novruz hədiyyələrini verməsi, oyunbazların göstərdiyi oyunlar, xoruz döyüşləri bayram əhvalında bəzədilmiş fayton, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, və yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.

            Tədbirin sonunda N.Gəncəvi adına Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin, “Həcər” qrupunun ifası və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin ifası ilə geniş konsert proqramı təqdim olundu.

Keçidlər