Şriftin ölçüsü :

Saytın rəngi :

Banbaşı ərazisində səyyar görüş-qəbulu

19 fevral 2020 | 16:00

19 fevral 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyəti başçısının qrafikə uyğun olaraq növbəti səyyar görüş-qəbulu Banbaşı ərazisində keçirilmişdir. Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri, həmçinin 200-ə yaxın ərazi sakini iştirak etmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin, eləcə də son vaxtlar əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə rəhbərinin imzaladığı fərman və sərəncamların geniş icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib. O cümlədən cənab Prezidentin tapşırığına əsasən Masallı rayonunda görülən işlər barədə ətraflı məlumat vermişdir.
Rayon icra hakimiyyətinin başçısı qeyd etmişdir ki, Banbaşı ərazisi rayonun böyük və abad yaşayış məntəqələrindəndir. Ölkədə, rayonda həyata keçirilən abadlıq - quruculuq işləri 3351 nəfər əhalisi olan bu ərazidə də öz əksini tapır. Buna baxmayaraq biz yenə də əhalinin təklif və müraciətləri ilə tanış olmaq üçün RİH-də, ərazilərdə görüş-qəbullar keçirir, insanların problemlərini öyrənir və onlara bilavasitə kömək göstərməyə çalışırıq. Ölkə rəhbərinin bu tapşırığı mütəmadi yerinə yetirilir. Görürük ki, cənab Prezident xalqın rifahı üçün səylə çalışır, ölkənin inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi üçün var gücünü sərf edir. Təkcə 2019-cu ildə xalqın rifahının yaxşılaşdırılması üçün 20-yə yaxın Sərəncam imzalayıb ki, bu da insanların rahat yaşamasına gətirib çıxarıb. Təkcə Masallıda 45 mindən çox adam bu sərəncamlardan yararlanır. Masallıda bir çox infrastruktur layihələr həyata keçirilib. Qazlaşdırmada, yaşayış məntəqələrinin SİP kabelləşməsində əsaslı işlər görülür. Masallıda kəndlərin 97 faizi qazlaşdırılıb. Yolların asfaltlaşdırılması da rayon sakinlərinin fərəhinə səbəb olur. Kənd təsərrüfatı inkişaf edir. Kəndçilər artıq torpağa qayıdır. Bu da təzə iş yerlərinin yaranmasına səbəb olur. Əkinlərin suvarılmasındakı çətinlik həllini tapmaqdadır. Bunun üçün Viləşçay su dəryaçasının ikinci növbəsinin tikintisinə hazırlıq işləri gedir. Kəndlərdə mövcud sututarlar cənab Prezidentin Sərəncamı ilə təmir olunur.
Masallı 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib.

Fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Dördüncü Dövlət Proqramının birinci ilinin nəticələri də uğurludur.

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Həmin gün Masalılar da yüksək fəallıq göstərdilər, layiqli namizədə səs verdilər.

Sonra rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov sakinlərdən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Ərazi sakinlərindən Əzim Əzimov, Akif Feyzullayev, Nadir Adıgözəlov, Cəfər Cəfərov, Rəvanə Cəbiyeva, Əhmədağa Ağayev, Rais Teymurov, Allahverən Əhədov, Nofəl Əhmədov, Səxavət Məhərrəmov, Sirac Səmədov və başqaları stadionun yaradılmasına kömək, yolun və məscidin təmiri, örüş yerinin olmaması, torpaq, içməli su, təsərrüfatla bağlı və sair məsələləri gündəmə gətirmişlər.
Çıxış edənlər sosial-iqtisadi sahədəki uğurlara, həmçinin kənd yollarının asfaltlaşdırılması, qaz və işıqla fasiləsiz təmin olunmalarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

 

Keçidlər