“Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon seçim turu
“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndlərinin icrasının təmin ediləsi məqsədilə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 mart 2014-cü il tarixlərdə Gənclər Mərkəzində “Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında VII Azərbaycan Çempionatının zona seçim mərhələsi keçirilmişdir.
Tədbirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştirakçıları salamlamış və cənab Prezident İlham Əliyevin gənc nəslə xüsusi diqqət yetirdiyindən, onlara hər bir sahədə göstərilən diqqət və qayğıdan, Rrespublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından danışmış, tədbirin məqsəd və vəzifələri haqqında məlumat vermişdir.
“Xəmsə” Milli İntellektual Oyununun keçirilməsində əsas məqsədin gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğu bildirilmişdir.
Bilik yarışında yaşı 17-dən-29-dək olan 208 nəfər gənc öz bilik -bacarıqlarını və intellektual səviyyələrini sınamışlar. Gərgin və maraqlı keçən bilik Yarışın yekununda Bala Kolatan kəndinin “Legiyon” komandası I yer, Hişkədərə kəndinin “Masallı” komandası II yerə, Qəriblər kəndinin “Viləş” komandası III yerə layıq görülmüşdür. Fəallığına görə isə Masallının “Digah” komandası diplomla təltif edilmişdir.
Beləliklə iki komanda Cəlilabad rayonunda keçirilən zona yarışına vəsiqə qazanmışdır.
Rayon birinciliyində qalib gəlmiş bütün komanda üzvləri Rayon Gənclər və İdman idarəsi tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə təltif olunmuşlar.