Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TOPLANTI KEÇİRİLİB

26 fevral 2020 | 16:00

XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Masallı rayonunda da dərin hüznlə anılıb.
26 fevral 2020-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Masallı RİH və aparatı, hüquq-mühafizə orqanlarının nümayəndələri, idarə-müəsissə rəhbərləri, ziyalılar, veteranlar, müəllim və tələbələr, məktəblilər, ictimai təşkilatların rəhbərləri və s. iştirak ediblər.
Tədbirdən əvvəl 26 fevral soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov anım mərasimində çıxış edərək, geniş nitqində iştirakçılara 26 fevral soyqırımı faciəsinin başvermə səbəbləri haqqında ətraflı məlumat verib, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələrdən söz açıb, erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qırğından, dinc əhaliyə amansız divan tutulmasından danışıb. İcra başçısı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xankəndinə yerləşdirilmiş keçmiş Sovet İttifaqına məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc sakinlərinin xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirməsini pisləmiş, bədxah qonşularımızın azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırımına ümummilli liderimiz Heydər Əliyevin səyləri sayəsində siyasi qiymət verildiyini vurğulamışdır.
Masallı RİH başçısı bildirilib ki, Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər əhalisi deportasiyaya məruz qalıb, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Diqqətə çatdırılıb ki, Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardı. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu. 
Tədbirdə çıxış edən Qızılavar kənd tam orta məktəbinin direktoru Lətifə Qənbərzadə, gənc YAP üzvü Fərid Heybətzadə faciənin başvermə səbəbləri və nəticələrindən danışdılar.
Mərasim iştirakçıları şəhər Mədəniyyət Mərkəzində fəaliyyət göstərən xalq teatrı aktyorlarının və Masallı Dövlət Regional Kolleci tələbələrinin iştirakı ilə təşkil olunan “Xocalıdan gələn səslər” dramına tamaşa etmişlər.
Axırda Masallı RİH başçısı Ş.Məmmədov Ərkivan qəsəbəsində məskunlaşmış Xocalıdan olan Quliyevlər ailəsi ilə görüşüb.

Keçidlər