Masallı rayonunun makroiqtisadi göstəriciləri
Ümumi məhsul istehsalı və göstərilən xidmətlər
2019-cu ilin yanvar-dekabr aylarında istehsal olunmuş məhsulların və göstərilmiş xidmətlərin dəyəri 833539,9 min manat olmuşdur ki, onun real həcmi keçən ilin eyni dövründəkindən 2,2 faiz çoxdur. Fiziki həcm indeksi nəzərə alınmaqla ümumi məhsul istehsalı 471757,6 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövründəkindən 12231,2 min manat və ya 2,7 faiz artıqdır. Ümumi məhsulun və göstərilən xidmətlərin real həcmi keçən ilin müvafiq dövrünə nisbətən 18035,0 min manat artmışdır. Bu dövrdə məhsul istehsalı və xidmətlərin həcm artımı sənayedə 1844,3 min manat, pərakəndə əmtəə dövriyyəsində 12365 min manat , əhaliyə göstərilən ödənişli xidmətlərdə 2375 min manat, nəqliyyatda 505,3 min manat, informasiya və rabitədə 125,4 min manat olunmuşdur.
2019-cu ilin yanvar-dekabr aylarında rayonda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 2018-cı ilin yanvar-dekabr aylarına nisbətən 2,6 faiz və ya 1681,8 min manat artmışdır. Rayonda 21 hüquqi şəxs və hüquqi şəxs yaratmadan 51 fiziki şəxs sənaye məhsullarının istehsalı ilə məşğul olmuşdur.
2019-cu ilin yanvar-dekabr aylarında sənaye müəssisələrində 3597 nəfər işçi çalışmış, bunun 2687 nəfəri hüquqi şəxslərin müəssisələrində olmuşdur ki, onlara verilən əmək haqqının miqdarı 10687,8 min manatdır. Sənaye müəssisələrində bir işçinin orta aylıq əmək haqqı 331,5 manat olmuşdur.