Masallı rayonunda demoqrafik vəziyyət
Rayon üzrə əhalinin sayı ilin əvvəlindən 1897 nəfər artaraq 2020-cu il yanvar ayının 1-i vəziyyətinə 227677 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 316 nəfər olmuşdur. Əhalinin ümumi sayının 22,6 faizini şəhər, 77,4 faizini kənd əhalisi, 50,8 faizini kişilər, 49,2 faizini isə qadınlar təşkil edir.
2019-cu ilin yanvar- dekabr aylarında rayon qeydiyyat şöbəsi tərəfindən 3123 doğulan körpə qeydə alınmışdır.
2019-cu ilin yanvar-dekabr aylarında rayonda 1228 ölüm, 1212 nikah və 339 boşanma halları qeydə alınmışdır.
2019-cu ilin yanvar-dekabr ayları ərzində müvafiq qurumlar tərəfindən rayona yaşamaq üçün 82 nəfər gələn və 80 nəfər rayondan gedən qeydə alınmış və miqrasiya saldosu müsbət 2 nəfər təşkil etmişdir.
2018-ci illə nisbətdə 2019-cu ildə rayonda təbii artım 93 faiz, doğulanların sayı 98.4 faiz olmuşdur. Ölənlərin sayı 90 nəfər, nikaha girənlər 216 nəfər, boşanmalar 115 nəfər artmışdır.