MASALLIDA 31 MART SOYQIRIM QURBANLARI ANILDI
01 aprel 2014 | 15:00
31 mart 2014-cü il tarixdə Masallı şəhər “Qəhrəmanlar parkı”nda 31 mart Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar ümumrayon tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqallar, ziyalılar, məktəb şagirdləri və minlərlə rayon sakini iştirak etmişlər.
Tədbir iştirakçıları faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə təzə gül dəstələri düzərək onların ruhuna dərin ehtiramlarını bildirmişlər. Şəhidlərin ruhuna dualar oxunmuşdur.