Masallıda idman ictimaiyyəti ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Bədən Tərbiyaəsi və İdman sahəsində çalışan əməkdaşlar, bir qrup veteran və gənc idmançılar xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, ulu öndər Heydər Əliyevin Abidəsi önünə gül dəstələri qoyublar.
Xatırladaq ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Bu gün Masallı rayonunda da Bəbən Tərbiyəsi və İdman sahəsində görülən işlər aparılan idman siyasəti uğurla inkişaf edir. Belə ki, 2019-cu il ərzində idman sahəsində kifayət qədər tədbirlər keçirilmiş və idmanın kütləviliyi təmin edilmişdir.
2019-cu il ərzində Rayonda Bədən Tərbiyəsi və İdmanın kütləviliyinin artırılması istiqamətində Gənclər və İdman İdarəsi tərəfindən əlaqədar təşkilatlarla birgə müəyyən işlər həyata keçirilmişdir.
Hesabat dövrü ərzində İdarəmiz əlamətdar günlərlə bağlı, futbol, voleybol, güləş, boks, cüdo,taekvondo, karate , şahmat və s. Idman növləri üzrə rayon birincilikləri təşkil edilmişdir.Bundan başqa Müstəqillik günü ilə əlaqədar “Qarabağ Azərbaycandır!” şüarı altında gənclər arasında marafon qaçışı üzrə rayon birinciliyi, “İradənlə qalib gəl” şüarı altında ustad dərsləri , idman festivalı təşkil edilmişdir.
2019-cu il ərzində Bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 21 sayda rayondaxili tədbirdə 3375 nəfərdən artıq uşaq ,yeniyetmə və gənc idmançı iştirak etmişdir.
2019-cu il ərzində rayonda Bədən tərbiyəsi və idmanın işkişafı və kütləviliyinin təmin edilməsi məqsədi ilə rayonun mərkəzində yerləşən İdman Mərkəzləri və zalları ilə yanaşı , kənd yerlərində yerləşən bir neçə idman zalları təmir olunmuş və unvertarlarla təmin edilmişdir.Hazırda rayonumuzda 15 idman növü fəaliyyət göstərir.Sevindirici haldır ki, artıq son illərdə qızlarımızın da idmana olan marğı artmışdır, beləki hazırda Masallı Olimpiya kompleksində fəaliyyət göstərən bədii giminastika bölməsində qızlarımızın sayı artmaqda davam edir.
2019-cu il ərzində idman sahəsi üzrə rayondankənar Gənclər və İdman Nazirliyi və digər federasiyalar tərəfindən keçirilən Zona, Respublika turniri, Azərbaycan birinciliyi və çempionatları , Beynəlxalq Turnirlərdə və Dünya Çempionatlarında yeniyetmə və gənc idmançılarımız rayonumuzu təmsil edərək uğurlu nəticələr əldə etmişlər . 2019-cu il ərzində ümumi olaraq 34 nəfər I yerə, 29 nəfər II yerə, 42 nəfər III yerə layiq görülmüş və 10 yaxın idmançımız milli yığma komandanın tərkibinə daxil edilmişdir.
Bunlara misal olaraq Gürcüstan Respublikasında taekvondo idman növü üzrə keçirilən Beynəlxalq turnirdə qızlar arasında Əzizova Sevda Xəyal qızı I yer, oğlanlar arasında Feyzullayev İlkin Şahin oğlu II yer, Vəliyev Rahid Nahidn oğlu III yer, Bakı şəhərində keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında sərbəst güləş idman növü üzrə Nəbiyev Mircavad Mirəli oğlu III yerə, London şəhərində keçirilən böyüklər arasında Parolimpiya üzgüçülük üzrə Dünya çempionatında İsrafilov Vəli Rəşadət oğlu III yerə layiq görülərək Tokioda keçirilən Parolimpiya Oyunlarına vəsiqə qazanmışdır, Rusiya federasiyasının Moskva şəhərində keçirilən Karate idman növü üzrə Dünya çempionatında Əhədov Allahyar Afər oğlu III yerə layiq görülərək rayonumuzun adını yüksəklərə qaldırmışlar.
Bütün bunlar göstərir ki, 2019-cu il idman sahəsi üzrə məsuldar illərdən biri olmuşdur.