Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda Şəhid anaları ziyarət edildi

08 mart 2020 | 16:00

Masallı rayon İcra hakimiyyətinin əməkdaşları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhid analarını ziyarət edib
07 mart 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin bir qrup əməkdaşı 8 Mart Beynəxalq Qadınlar Günü münasibətilə Viləş, Sərçuvar, Güllütəpə, Tüklə, Təzə Alvadı kəndi ərazilərində Milli Qəhrəman və şəhid analarına baş çəkərək onları ziyarət edib, bayram hədiyyələri ilə sevindiriblər.

Hər il ənənəvi olaraq qadınları təbrik edən Prezident cənab İlham Əliyev dəfələrlə vurğulayır ki, müstəqil Azərbaycanın qazandığı bütün  uğurlarda qadınların xidmətləri əvəzsizdir. Azərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Görüşdə iştirak edən RİH başçısının müavini Aybəniz Qafarova Masalli Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun salamını çatdıraraq bildirib ki, ana şəfqəti ilə Vətən üçün sağlam ruhda  uşaq tərbiyə edib, övlad böyüdən qadınlarımız ikiqat diqqətə layiqdirlər. A.Qafarova qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün şəhidlərimizin əziz xatirəsi həmiçə böyük ehtiram və məhəbbətlə yad edilir. Biz  qəhrəman şəhidlərimizə minnətdar olmalı, onların əbədiyaşar xatirəsini əziz tutmalı, şəhid ailələrinə yüksək diqqət və qayğıyla yanaşmalı və onların həyat şəraitinin yaxşılaşması üçün əlimizdən gələni əsirgəməməliyik. Bu, hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur. Bütün şəhid anaları, xanımları dəyərli və əzizdirlər.
A.Qafarova ağbirçək analara hədiyyələr verərək, onların hər zaman anıldılğını bildirib.
Görüşlərdən məmnun qalan bütün şəhid ailələri cənab Prezidentin ölkəmizi inkişafa və sabitliyə aparan uğurlu siyasətini dəstəklədiklərini, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışıblar.

Xüsusilə göstərilən bütün diqqət və qayğıya görə, ölkə başçısı cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.

Çay süfrəsi ətrafında şəhid analarının qəhrəman oğulları haqqında xatirələri də dinlənilib.

Keçidlər