KARTOF QİYMƏTLİ ƏRZAQ BİTKİSİDİR
09 mart 2020 | 16:00
Masallıda kartofçuluğun iqtisadi səmərəsini görən fermerlər bu il əkin sahələrini genişləndirməyə çalışırlar. Əmək adamları ilin məhsulu üçün 663 hektarda kartof yetişdirirlər. Məhsuldarlığı artırmaq üçün tarlalarda əzmlə çalışan kartofçuların əməyi bəhrə verməkdədir. Sahələrdə yaxşı çıxış alınıb.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə təkləlilər bu il də kartof əkinində irəlidə gedirlər. Onlar 295 hektar sahədə kartof yetişdirirlər.
Təzə Alvadı ərazisində 210 hektar, Xırmandalıda 70, Köhnə Alvadı ərazisində 30 hektar kartof sahəsinə qayğı göstərilir.