KƏLƏM MASALLI TORPAĞNDA GƏLİRLİ SAHƏ SAYILIR
Masallı rayonunun ərazilərində ilin məhsulu üçün 16 hektar sahədə kələm əkilib.
Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə Təklə, Qızılavar, Qızılağac, Səmidxan, Viləş, Yeddioymaq, Tüklə, Banbaşı ərazilərinin tərəvəzçiləri kələm əkinlərinə aqrotexniki qulluğu gündən-günə yaxşılaşdırırlar.
Masallı camaatı bu məhsulun yetişdirilməsində zəngin təcrübəyə malikdirlər.
Son bir neçə ildə Masallı rayonunda tərəvəzçiliklə məşğul olan fermerlər kələm əkininə maraq göstərməyə başlayıb. Torpaq sahiblərinin sözlərinə görə bu sahəyə marağın artması onun becərilmə şərtlərinin sərfəli və məhsula çəkiləcək xərclərin az olması ilə əlaqədardır. Belə ki, əgər yerli sakinlər, çiyələk, kartof kimi digər kənd təsərrüfatı bitkilərinin toxumunu baha qiymətə xaricdən alırlarsa, kələm əkinində bu kimi problemlərlə qarşılaşmırlar. Əməkçilər elə bu üstünlüklərinə görə bir neçə ildir ki, şəxsi təsərrüfatında kələm becərməyə başlayıb. Onların sözlərinə görə kələmin becərilməsində mineral gübrələrdən də demək olar ki, istifadə olunmur. Sadəcə bitkidə zərərvericlər müşahidə olunan zaman həftə ərzində bir dəfə dərman vurulur. Ümumiyyətlə isə kələm digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə çox nadir hallarda xəstəliklərə yoluxur.
Kələm əkməklə yerli sakinlər torpağda növbəli əkin sistemin də həyata keçirə bildiklərini deyirlər. Məsələn torpağa əkilmiş hər hansı kənd təsərrüfatı bitkisindən hazır məhsulu yay fəsilində götürdükdən sonra həmin ərazidə avqust ayında kələm əkilir. Fermer istəyərsə eyni sahədə əkilmiş kələmdən il ərzində iki dəfə məhsul götürə də bilər. Təxminən bu bitkinin hər hektarından 2500 manata kimi gəlir götürən tərəvəz əkib becərənllər istehsal olunan kələmi əsasən cənub rayonlarında satırlar.