Şriftin ölçüsü :

Saytın rəngi :

Çay plantasiyalarında budama işləri aparılır

13 mart 2020 | 16:00

Çay bitkisi ötən əsrin otuzuncu illərindən başlayaraq əsasən ölkəmizin cənub bölgəsində-Astara, Lənkəran və Masallı rayonlarında becərilib. Bu rayonlar böyük bir ölkənin çaya oilan tələbatını ö=dəməyə qadir idi. Lakin uzun müddət tənəzzül dövrünü yaşayan çayçılıq Azərbaycanda 2000-ci illərdən sonra dövlət qayğısı və dəstəyi ilə yenidən inkişaf etdirilir.

Hazırda cənub bölgəsində 1200 hektara yaxın çay sahəsi mövcuddur. Bunun 715 hektarı Lənkəranın, 273 hektarı Astaranın payına düşür.

Fevral ayının ikinci yarısından başlayaraq çay plantasiyalarında budama işləri aparılır.

Budama əsas aqrotexniki tədbir olmaqla çay bitkisi istənilən formanı alır, vegetativ orqanların inkişafı sürətlənir, nəticədə cavan zoğları-fleşərin məhsuldarlığı yüksəlir. Ağır, yüngül və səthi olmaqla 3 cür budama tətbiq olunur. Budama aqrotexniki qulluğun ilk mərhələsi hesab olunur. Bununla da yeni yarpaqların inkişafı sürətlənir, nəticədə bol məhsul yetişir.

Çayçılıq təsərrüfatlarında çay kollarının budanması işləri davam etdirilir. Çaybecərənlər aqrotexniki qulluğu vaxtında həyata keçirməklə bu il daha yüksək məhsuldarlığa nail olmaq niyyətindədirlər.

Çayçılıq mütəxəssisləri budamanın optimal müddətdə aparılmasını vacib sayırlar. Vaxtından tez aparılan budama zamanı budaqların kəsilən hissələri şaxtavurmaya, gec aparıldıqda isə artıq oyanan bitkidə baş verən şirə axını daha çox buxarlanmaya məruz qalır, nəticədə məhsuldarlıq 50 faiz aşağı düşür.

Aparılan aqrotexniki qulluq və becərmə işlərindən sonra mövsümün ilk çay yığımına başlanacaq.

Masallıda ilk çay yığımına mayın əvvəllərində başlanması nəzərdə tutulur.

Keçidlər