Masallıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi
Keçən il Masallıda yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib
2019-cu ildə Masallı rayonunda yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 16 aprel tarixli Sərəncamına əsasən 38 min nəfər əhalinin yaşadığı, 15 yaşayış məntəqəsini birləşdirən və 38 min əhalinin yaşadığı Masallı-Köhnə Alvadı-Təzə Alvadı-Güllütəpə-Əmirtürbə-Yeni Zuvand avtomobil yolunun tikintisində asfalt-beton işləri başa çatdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 47 nömrəli Yol İstismarı İdarəsi tərəfindən Ələt-Astara avtomobil yolunun 154-179-cu kilometrliyində, Masallı-Yardımlı avtomobil yolunda təmir işləri aparılıb.
Yerli əhəmiyyətli Boradigah-Rüdəkənar, Həsənli-Xırmandalı, Stansiya-Masallı-Viləş, Şıxlar-Viləş avtomobil yolunda da təmir işləri aparılıb, Təzəkənd avtomobil yoluna asfalt döşənib.
Ötən il Masallı şəhərinin yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində də bir sıra işlər görülüb.