Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda dezinfeksiya işləri davam etdirilir

19 mart 2020 | 16:00

Masallıda koronavirus infeksiyasının yarada biləcəyi  təhlükənin qarşısını almaq üçün  təxirəsalınmaz tədbirlər görülür

Masallı rayonunda koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir.

Masallı şəhərindəki idarə və müəssilərin inzibati binaları, kənd və qəbələrdəki məktəbəqədər və orta təhsil müəssisələri, kitabxanalar, bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektləri, ərazilərdəki konteyner meydançalarında, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədi ilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılır.

Aparılan işlərin yüksək səviyyədə təşkili üçün Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə, kənd icra nümayəndələrinə, bələdiyyələrə aidiyyəti göstərişlər verilib və görülən işlər barədə Masallı Rayon İcra Hakimiyyətinə operativ və mütəmadi olaraq məlumatlar verilir.

İnfeksion xəstəliklərin yayılma təhlükəsini nəzərə alaraq Masallı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları fərdi yaşayış evlərinin ərazisində, yaşayış və qeyri-yaşayış binalarında və digər ərazilərdə də dezinfeksiya işləri davam etdirilir.

Səhiyyə Nazirliyinin respublikada dezinfeksiya tədbirləri barədə əmrinə əsasən, Masallıda da görülən bütün işlər müvafiq kimyəvi preparatlarla həyata keçirilir. Kütləvi tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına tam əməl olunur.

Həmçinin sakinlərə dezinfeksiya tədbirləri ilə yanaşı, hər bir vətəndaşın şəxsi və kollektiv gigiyena tələblərinə riayət etmələrinin vacibliyi də izah edilir.

Keçidlər