Masallı şəhərinin küçələrində növbəti dəfə dezinfeksiya işləri aparılıb
27 mart 2020 | 16:00
Masallı rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görülür.
Rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.
Masallı şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və insanların kompakt toplaşdığı başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılıb.