Şriftin ölçüsü :

Saytın rəngi :

"Sağlamlığımız milli həmrəyliyimizdədir" aksiyası

26 mart 2020 | 16:00

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib ki, bizim ənənələrimiz, milli dəyərlərimiz, yaşlı nəslin nümayəndələrinə hörmət və diqqət milli xüsusiyyətimizdir və biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir.

Elə bu münasibətlə martın 21-dən Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə ahıllar üçün "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiyaya start verilib.
Qeyd edək ki, YAP Masallı Rayon Təşkilatının fəal üzvləri də aksiyaya qoşulublar.
Aksiya YAP Masallı Rayon Təşkilatında davam etdirilir. Belə ki, gənclər və könüllülər ərazilərə gedib, köməyə ehtiyacı olan ahıl insanların evlərinə baş çəkir, onlara koronavirusdan qorunmaq üçün sağlamlıqlarının müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırır, xəstəlikdən qorunma üsullarını izah ediblər.

Keçidlər