Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda əhali ilə maariflənirici görüş

24 mart 2020 | 16:00

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Masallı rayonunda da təxirəsalınmaz tədbirlər görülür. Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bu məqsədlə Masallı İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamına əsasən RİH-də yaradılan xüsusi qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun olaraq qurub.

Görülən tədbirlər çərçivəsində, RİH-də fəaliyyət göstərən qərargahda əhalidən daxil olan məlumatların operativ qəbul edilməsi üçün “Qaynar xətt” yaradılıb, “Qaynar xətt”in işi haqqında RİH-nin rəsmi saytında və “Facebook” səhifəsində yerləşdirilib.

Masallı rayonunda kütləvi dezinfeksiya işləri ilə bağlı təxirəsalınmaz tədbirlər də davam etdirilir.

Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, idman və mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, orada quraşdırılan uşaq-əyləncə və idman qurğularında, yaşayış binalarında, binalardakı liftlərdə və ümumi istifadə yerlərində, zirzəmilərdə, məişət tullantılarının atıldığı konteyner meydançalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılıb və bu proses gündəlik davam etdirilir.

Həmçinin Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.

Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar öz evlərində məlumatlandırılır və müvafiq izahatlar verilir. Bütün bu işlərdə RİH-nin müavinləri, müvafiq şöbələrinin müdirləri və baş mütəxəssisləri, «Yeni həyat» qəzetinin Baş redaktoru iştirak edir. Belə ki, 1692 evə baş çəkilmiş, 5438 vətəndaşla və ailə üzvləri ilə görüşülmüşdür. Bu iş hər gün davam edir.
Belə ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə və digər iaşə müəssisələrinə baxışlar keçirilərək, orada təşkil olunmuş təhlükəsizlik tədbirləri ilə maraqlanılır və həmin obyektlərə koronavirus (COVID-19) infeksiyasından qorunmağın qaydaları barədə hazırlanmış çap materialları, tibbi spirt qutuları və maskalar paylanılır.

Keçidlər