Biz yaşlılar qayğıkeşlıkdən məmnun olduq
Altmış yeddi yaşım var. İndi pensiyaçıyam. Bütün dünyanı ağuşuna alan koronavirusun belə ciddi olacağını ağlıma gətirməzdim. Amma ölkə başçısı cənab İlham ƏLİYEV televiziyadan verilən çıxışına baxanda bildim ki, məsələ çox ciddidir. Ölkə rəhbəri geniş nitqində bildirdi ki, ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Onlara hörmət dildə, sözdə yox, əməldə göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlı nəslin nümayəndələrində müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir. Allah ölkə rəhbərimizin canını sağ eləsin, qabaqlayıcı tədbirləri, verdiyi ciddi tapşırıqlar fayda verdi. Rayon icra hakimiyyətindən və polisdən olan nümayəndələr evimizə gəlib bizim səhhətimizlə maraqlanır, bütün evlərdə söhbət aparırlar. Bu qayğıkeşlıkdən məmnun oldum və respublika Prezidentinin tapşırığına əsasən rayon rəhbərinin gördüyü işlərə və biz yaşlılara diqqətindən ötrü minnətdarlıq edirəm. Biz evdəyik...