Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı ərazisində koronavirusla mübarizə tədbirləri davam etdirilir

03 aprel 2020 | 16:00

03 aprel 2020-ci il tarixdə rayon ərazisində koronavirus pandemiyası ilə bağlı görülmüş işlər barədə məlumatlar.

1. 5273 vətəndaşa fermer kartları paylanılmışdır. Hal-hazırda işlər davam etdirilir.
2. 03 aprel 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə 3 kərpic zavodu (“Fəxrəddin-K” MMC, Köhnə Alvadı ərazisi və Ərkivan ərazisində) , rayon ərazisində 22 aptek, rayon Maliyyə idarəsi, rayon Məşğulluq Mərkəzi, rayon statistika idarəsi, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi, 31 saylı TSEK-in inzibati binaları, şəhər ərasində yerləşən 28, Türkoba kəndində 3 ictimai yaşayış binası, 6 kənd İƏD-də poçt, elektron avtomatik telefon stansiyaları (EATS), ərazi nümayəndəliyinin inzibati binaları, tibb məntəqələrində və 3 fərdi yaşayış evdə dezinfeksiya işləri aparılmışdır. Hal-hazırda işlər davam etdirilir.
3. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 143 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

Keçidlər