“Ümidim sənsən”in koronavirus yardımlarI
03 aprel 2020 | 16:00
Millət Vəkili Məşhur Məmmədovun “Yardımlaşaq” çağırışına ilk qoşulan Masallıdakı “Ümidim sənsən” İctimai Birliyi (Fidan Abbaslı) aprel ayının 1-dən başlayaraq pulsuz çörək aksiyasına start verib. Pulsuz çörəklər Ərkivan qəsəbəsindəki “Şahin” və “Qala” marketləri vasitəsi ilə imkansız ailələrə paylanır. Sabahdan, aprel ayının 5-dən bu pulsuz aksiya rayonun Bədalan kəndindəki “Ruzi” marketində və digər ticarət obyektlərində davam etdiriləcək.. Bundan əlavə “Ümidim sənsən” İctimai Birliyi qəsəbədəki 10-dan artıq ailəyə ərzaq da paylanmışdır. Koronavirusla bağlı aksiya tədbirləri davam edir.