Şriftin ölçüsü :

Saytın rəngi :

“20 Yanvar-Zəfərə aparan yol” adlı tədbir

18 yanvar 2023 | 14:32

Yanvarın 18-də Masallı rayon Mərkəzi Kitabxanasında 20 Yanvar faciəsinə həsr olunmuş “20 Yanvar-Zəfərə aparan yol” adlı tədbir keçirilib. Tədbirə başlamazdan öncə kitabxana əməkdaşları 20 yanvar faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə ilk çıxış edən kitabxanın direktor əvəzi Zamin Məmmədov 1990-cı ilin yanvarında sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə  qarşı törətdiyi cinayətlərdən danışıb. Z.Məmmədov qeyd edib ki, bu qanlı hadisədən illər keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. Məhz bunun nəticəsidir ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük vətən müharibəsi 8 noyabr tarixində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən hərbi işğalına son qoyulması ilə başa çatıb. Bu zəfər ilə həm 20 Yanvar, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alınıb. Sonra məruzə ilə çıxış edən kitabxana əməkdaşı Həbibə Hüseynova 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət olduğunu bildirib. Qeyd olunub ki, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.

Keçidlər