Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yanmasının 20 illik yubileyi

04 oktyabr 2012 | 15:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilir. YAP Masallı rayon təşkilatı tərəfindən təsdiq edilmiş tədbirlər planı və qrafiklərə əsasən 02 oktyabr 2012-ci il tarixində Mahmudavar kəndində Mahmudavar,Rüdəkənar,Mololon, Hişkədərə,Miyənkü ilk təşkilatlarının iştirakı ilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzdülər və tədbir öz işinə başladı. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının Şura üzvü Nadir Abıyev açaraq Yeni Azərbaycan Partiyasının naliyyətlərindən söz açdı. YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov məruzə ilə çıxış edərək bildirdi ki, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransındakı iştirakından, Ulu Öndər Heydər Əliyevlə bağlı görüşlərindən danışdı. Həmçinin Masallı Olimpiya Kompleksində Cənub bölgəsinin Masallı,Lənkəran,Astara,Lerik, Yardımlı,Cəllilabad və Biləsuvar rayonlarının Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin iştirakı ilə mini-futbol turnirinə start verildi. Açılış mərasimində qonaqları salamlayan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu və memarı Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən o cümlədən ölkə həyatında - siyasətdə, iqtisadiyyatda, elm və təhsildə,idmanda və digər sahələrdə ki möhtəşəm layihələrdən bəhs edərək, yarış iştirakçılarına uğurlar arzuladı. Yarışların ilk günündə Masallı və Yardımlı komandaları yarışa qatılıblar və Masallı komandası 8-2 hesabı ilə qalib gəlib. Əlavə olaraq Biləsuvar - Cəlilabad 3-2, Lənkaran – Lerik 2-1 hesabları qeydə alındı.
 

Keçidlər