Ümummilli Lider Heydər Əliyevun 91-ci ildönümünə həsr olunmuş Tir-Atıcılığı üzrə Rayon turniri
04.04.2014-cü il tarixdən başlayaraq Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində Ümummilli Lider Heydər Əliyevun 91-ci ildönümünə həsr olunmuş Tir-Atıcılığı üzrə Rayon turnirinə start verildi.
Yarışın açılış mərasimində Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək iştrakçıları salamlamış və bu oyununun keçirilməsində məqsədin yeniyetmələrlə aparılan hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, orta məktəb şagirdlərinin vətənə məhəbbət, milli mənəvi dəyətlərə hörmət hissinin gücləndirilməsi onların ordu sıralarına xidmətə hazırlığını təmin etməkdən ibarət olduğunu bildirdi.
04-15 -aprel 2014-cü il tarixinədək davam edən yarış 5 qrup üzrə keçirilir yarışda ümumilikdə 63 məktəbın komandası iştrak edir artıq 48 məktəbin komandaları üz-üzə gələrək növbəti mərhələyə vəsiqə qazanıblar.
33 xal toplayan N.Nərimanov adına şəhər 2 saylı tam orta məktəbin komandası, İ.Nağıyev adına Boradigah qəsəbə 2 saylı tam orta məktəbin komandası, Ə.İbadov adına Tüklə kənd tam orta məktəbin komandası , 11 xal toplayan S.Vurğun adına Türkoba kənd tam orta məktəbin komandası 23 xal toplayan Z.Nəcəfov adına 2 saylı Ərkivan qəsəbə tam orta məktəbin komandası, 27 xal toplayan tam орта məktəbin komandası, 19 xal toplayan Təklə tam orta məktəbi, X.Məmmədov adına Xırmandalı kənd tam orta məktəbi, Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbin komandası, 11 xal toplayan F.Xancanov adına Musakücə kənd tam orta məktəbin komandası, 24 xal toplayan S.Rəhimov adına Köçəkli kənd tam orta məktəbi, 11 xal toplayan B.Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbin komandaları öz atıcılıq bacarıqlarını nümayiş etdirərək növbəti yarımfinala vəsiqə qazandılar.