Şriftin ölçüsü :

Saytın rəngi :

YEYƏNKƏND KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

10 aprel 2014 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 09.04.2014-cü il tarixdə Yeyənkənd ərazisində keçirilmişdir. Yeyənkənd ərazisi Yeyənkənd, Abasbəyli, Xəlfələr və Allahyarlı yaşayış məntəqələrindən ibarətdir. Ərazinin 3454 nəfər əhalisi, 682 ha ümumi torpaq sahəsi və 287 ha pay torpaq sahəsi vardır.

Ərazidə 1 tam orta məktəb, 1 ibtidai məktəb, 1 həkim və 1 tibb məntəqəsi,     1 kənd klubu, 5 kənd məscidi, 4 xidmət obyekti, 1 poçt və 1 ATS fəaliyyət göstərir.

Yeyənkənd ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı surətlənməsini, dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı şərh vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmiş, ərazidə yaşayan əhalini narahat edən məsələləri, kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.

Kənd ziyalılarından Fəxrəddin Fərəcov, Məhərrəməli Teymurov ağsaqqallardan Mirhəsən Əhmədov, Yunus Həşimov kənd sakinlərdən Xanhüseyn Nəcəfov, Hüseyn Mikayılov  və başqaları çıxış edərək Yeyənkənd kəndinin mərkəzi yolunun asfaltlanmasına, Allahyarlı ibtidai məktəbinin tikilməsinə, Yeyənkənd istirahət mərkəzinin tikintisnə, Ərazinin yaşıllaşdırılmasına və kənd arası yolların çınqılla təmir edilməsinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Sonra sakinlər ərazidə yararsız elektrik və telefon dirəklərinin dəyişdirilməsinə, Xəlfələr kəndinə mərkəzi qaz xəttinin çəkilməsinə və su ötürücü kanalların təmizlənməsinə köməklik göstərilməsini xahiş etmişlər.

Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

 

Keçidlər