Şriftin ölçüsü :

Saytın rəngi :

Masallının mədəniyyət işçiləri keçmiş həmkarlarını ziyarət edirlər

11 aprel 2020 | 16:00

Yeni növ koronavirus (COVİD - 19) infeksiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin və bu çərçivədə tətbiq edilmiş hərəkət məhdudiyyəti rejimində mədəniyyət işçiləri də yaşlı, tənha yaşayan, eləcə də sağlamlıq problemləri olan keçmiş həmkarlarına baş çəkir, qayğıları ilə maraqlanırlar.

Bu məqsədlə Masallı Regional Mədəniyyət İdarəsinin əməkdaşları rayonun Sığdaş kəndində yerləşən kənd kitabxanasında uzun illər kitabxanaçı kimi fəaliyyət göstərmiş Hacı Dadaş Məmmədovu öz evində ziyarət edib, ona ərzaq məhsulları aparıblar.

Qeyd edək ki, D. Məmmədov kitabxanaçılıq fəaliyyəti ilə yanaşı, rayonda ədəbiyyata xüsusi marağı, o cümlədən ədəbii-bədii yaradıcılıqla məşğul olan mədəniyyət işçisi kimi tanınır: şair — publisist, neçə — neçə kitabların müəllifidir. Bütün şeirlərində ölkəmizi, Masallını, onun füsunkar təbiətini, adamlartının sevgisini, xeyirxahlığı vəsf edir...

Keçidlər