Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin həkimləri Masallıda

12 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq respublikamızın bütün rayonlarında olduğu kimi, Masallıda da əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam edir.
Belə ki tibbi müayinədən keçmiş, gözlərində qüsurlar müəyyən olunmuş 17 xəstənin göz əməliyyatı üçün 11 aprel 2014-cü il tarixdən başlayaraq Akademik Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin həkimləri Fərəh Abdullayeva, Elçin Həsənov, Şamxal Məmmədov və Samir İbadov Zərifə Əliyeva adına Milli Oftolmologiya Mərkəzinin Masallı rayon şöbəsinə ezam olunmuşlar.
Gözlərində qüsurlar olan xəstələrin əməliyyatı davam edir.

Keçidlər