Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra hakimiyyətinin məktəblilərə müraciəti

18 aprel 2020 | 16:00

Ölkədə yayılan koronovirus (COVİD-19) epidemiyasına qarşı cənab Prezident İlham Əliyevin tapşırığına əsasən görülmüş qabaqlayıcı tədbirlər sayəsində nəzərə çarpacaq qədər azalma müşahidə olunmuşdur.

Lakin bəzi vətəndaşların mövcud vəziyyətə laqeyid yanaşması görülmüş işlərin nəticəsinə ciddi şəkildə öz mənfi təsirini göstərir.
Məktəblilərin zərurət olmadan küçələrdə dolaşmaları onların sağlamlığına və mövcud epidemiyaya yoluxmasına böyük zəmin yaradır. Bu səbəbdən rayon Təhsil şöbəsinin işçiləri, məktəb direktorları, aktiv pedaqoji işçi heyətinin operativ şəkildə rayonda təhsil alan şagirdlərlə təbliğat, maarifləndirmə işlərini gücləndirməyə çağırırıq. Bununla yanaşı hər bir valideyn öz valideynlik vəzifəsinin məsuliyyətini dərk etməli, övladını zərurət olmadığı halda evdən çıxmasına icazə verməməlidir.
Unutmayın, biz birlikdə güclüyük

Keçidlər