Masallıda koronavirus əleyhinə tibbi müayinə işləri davam etdirilir
Koronavirus əleyhinə tibbi müayinə tədbirləri çərçivəsində 22 aprel 2020-ci il tarixdə rayon üzrə 149 nəfər vətəndaş tibbi yoxlanışdan keçirilmişdir. Ümumilikdə isə 08 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixədək rayon üzrə stationar xəstə 1771 nəfər vətəndaş koronavirusa qarşı tibbi yoxlanışdan keçirilmişdir.
Rayon ərazisində Koronovirus (COVİD-19) infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədi ilə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir. 22 aprel 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Boradigah qəsəbə sahə xəstəxanası, Avtovağzal, 6 bankın ətrafı (“Kapital” bank, “Beynəlxalq bank”, “Əmrahbank”, “Rabitə bank”, “Muğanbank”, “Bank Respublika”), 9 terminal, 14 bankomat, 120 zibil konteyneri, 17 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, Kolatan kənd İƏD üzrə nümayəndəlik, kənd həkim məntəqəsi, 1 ərzaq mağazası və 50 fərdi yaşayış evi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir. Ümumilikdə isə tərtib edilən qrafik əsasında bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, bankomatlarda, terminallarda, bir sözlə, əhalinin kompakt toplaşdığı bütün yerlərdə, həmçinin küçə, park və xiyabanlarda, ictimai yaşayış binalarının giriş bloklarında tez-tez profilaktik və cari dezinfeksiya işləri aparılır. Həmçinin, xüsusi nəqliyyat vasitələri ilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda küçələrin yuyulması və dezinfeksiya işləri aparılır.