Masallıda birdəfəlik maddi yardım alanlar barədə
23 aprel 2020 | 16:00
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin köçürülməsi prosesi davam etdirilir.
Masallı rayon ərazisində 2445 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı vətəndaşlar 190 manat birdəfəlik vəsait almışlar.
Məlumat üçün bilidirik ki, e-sosial.az saytında işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik (190 manat) vəsaitin köçürülməsi ilə bağlı qeydiyyat prosesi davam etdirilir.