Masallıda birdəfəlik maddi yardım alanlar barədə
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin köçürülməsi prosesi davam etdirilir.
Masallı rayon ərazisində bu günə qədər ümumilikdə 2815 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı vətəndaşlar 190 manat birdəfəlik maddi yardım köçürülmüşdür.
24 aprel 2020-ci il tarixə 111 vətəndaş 190 manat birdəfəlik yardımı almışdır ki, onlardan 107-si poçt şöbələrindən 3 nəfəri Milli Bank Masallı filialından 1 nəfəri isə Kapital Bank Masallı filialından götürmüşdür.
Məlumat üçün bilidirik ki, e-sosial.az saytında işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik (190 manat) vəsaitin köçürülməsi ilə bağlı qeydiyyat prosesi davam etdirilir.