Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir

25 aprel 2020 | 16:00

Ayna Abasovadan, Masallı, Azərbaycan
24 aprel 2020 president.az

Hörmətli cənab Prezident.
Mənim 82 yaşım var. Ali təhsilli 7 övladım, nəvələrim və nəticələrim var. Bu günə qədər ibadətimdən qalmamışam. Hər gün namaz qılarkən müstəqil Azərbaycan dövləti, onun qurucusu ulu öndərimiz Heydər Əliyev, Sizin və ailəniz üçün dualar edirəm. Qoy, etdiyim dualar bu çətin yolda Sizə və ailənizə kömək olsun. İnanıram ki, dünyanı bürüyən bu bəladan Allahın köməyi, Sizin qətiyyətiniz sayəsində tezliklə qurtula biləcəyik.
Hörmətli cənab Prezidentimiz, çətin günün ömrü az olur. İnşallah, bu çətin günlər də tezliklə geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz masallılılar əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun.
Biz Sizi sevirik və son nəfəsimizə qədər Sizi hər bir azərbaycanlının Prezidenti kimi sevəcəyik.

Hörmətlə,
Abasova Ayna Hidayət qızı.
Azərbaycan Respublikası, Masallı rayonu, Xırmandalı kəndi.

_____________________________________________________

Minnər Mehrabovdan, Masallı, Azərbaycan
24 aprel 2020  president.az

Cənab İlham Heydər oğlu.
Son zamanlar Yer kürəsini saran COVID-19 virusu bir çox ölkənin həm əhalisini, həm də iqtisadiyyatını məhv etməkdədir. Ancaq Sizin uğurlu siyasətiniz və uzaqgörənliyiniz sayəsində ölkəmiz bu bəladan minimum itki ilə yaxa qurtarmaqdadır.
Sizin verdiyiniz sərəncamlar və fərmanlar vaxtında icra edildi və bununla da ölkəmiz həm əhali, həm də iqtisadiyyat baxımından vəziyyətdən daha yaxşı çıxdı. Bütün bunlar Sizin uğurlu siyasətiniz nəticəsində mümkün oldu.
Azərbaycan xalqının xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı tərəfindən prezident seçilməsindən sonra başlayan islahatlar müasir dövrümüzdə Sizin tərəfinizdən uğurla davam etdirilir. Artıq Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan beynəlxalq arenada özünəməxsus yer tutur. Mən bir Azərbaycan vətəndaşı olaraq Sizə minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Siz bizim Prezidentimizsiniz.

Hörmətlə,
Mehrabov Minnər Qorxmaz oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Sarıcəfərli kəndi.

Keçidlər