Şriftin ölçüsü :

Saytın rəngi :

Kələm becərilir, yığılır...

25 aprel 2020 | 16:00

Kələm ən faydalı tərəvəzlərdən biridir. Kələm C vitamini ilə xüsusilə zəngindir.

Bu vitaminin miqdarı kələmdə sitrus meyvələrdə olandan da çoxdur. Bundan əlavə kələmdə nadir U vitamini də var. Bu möcüzəli vitamin selikli qişalarda olan zədələnmələri bərpa edir. Məhz bu səbəbdən kələm və kələm şirəsi mədə və 12 barmaq bağırsağı xorası və eroziyaları olan insanlar üçün çox xeyirlidir. Kələm həmçinin K, PP, B qrupu vitaminlər və kalsium, kalium, dəmir, sink, fosfor, yod  kimi mineral maddələrlə zəngindir. Təzə kələm (misal üçün, kələm salatları) qəbizliklə mübarizədə ən yaxşı və sınanmış vasitələrdən biridir. Kələm bağırsaqlara "süpürqə" kimi təsir edir, bağırsaqları yaxşı təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır və stimullaşdırır. Lakin çoxlu miqdarda qəbul etdikdə, kələm köpə, qarın ağrılarına səbəb ola bilər.

Kələm orqanizmi toksinlər və digər ziyanlı maddələrdən təmizləyir, arıqlamağa kömək edir.

Kələm yodla xüsusilə zəngindir. Bu mikroelement beyinin və qalxanavari vəzin normal fəaliyyəti üçün olduqca vacibdir.

Kələm müxtəlif dəri xəstəlikləri, artrit, podaqra zamanı köməkçi müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün kələm yarpağını zədələnmiş dəriyə və ya oynağa kompres şəklində qoyurlar.

Masallı rayonunda kələm ənənəvi bitkidir. Ən əvvəl Masallı torpağı buna imkan verir ki, məhsuldarlıq çox olur. Sonrası da odur ki, vaxtilə keçmiş sovetlər dönəmində ölkədə kələmin çox hissəsini yük təyyarələri və qatarları ilə Masallı və Qasımlı stansiyasından Rusiya bazarına göndərilirdi.

Kələm məhsulunun qədrini bilən masalılı tərəvəzbecərənlər ərazilərində cari ilin məhsulu üçün 16 hektar sahədə kələm əkiblər.
Təklə, Qızılavar, Qızılağac, Səmidxan, Viləş, Yeddioymaq, Tüklə, Banbaşı ərazilərinin tərəvəzçiləri  kələm əkinlərinə  aqrotexniki qulluğu gündən-günə yaxşılaşdırırlar.

Bəzi ərazilərdə yetişdirilən yazlıq kələm artıq bir neçə gündür ki,  bazarlara çıxarılmışdır.

Keçidlər