Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda birdəfəlik maddi yardım alanlar barədə

25 aprel 2020 | 16:00

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin köçürülməsi prosesi davam etdirilir.

Masallı rayon ərazisində bu günə qədər ümumilikdə 2966 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı vətəndaşlar 190 manat birdəfəlik maddi yardım köçürülmüşdür.

25 aprel 2020-ci il tarixə 151 vətəndaş 190 manat birdəfəlik yardımı almışdır ki, onlardan 151-i də yaxınlıqdakı poçt şöbələrindən vəsaiti götürmüşlər.

Məlumat üçün bilidirik ki, e-sosial.az saytında işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik (190 manat) vəsaitin köçürülməsi ilə bağlı qeydiyyat prosesi davam etdirilir.

Keçidlər