Masallıda 3 hektar sahədə noxud yetişdirilir
Mahmudavar kənd bələdiyyəsi bu il paxlalı bitkilərin yetişdirilməsinə diqqəti artırıb.
Bu məqsədlə 3 hektar sahə noxud əkini üçün əvvəlcədən şumlanıb hazırlanmışdır. Sahələrdə yaxşı çıxış alınmışdır.
Keyfiyyətli noxud toxumu əldə edib əkən əməkçilər bu il bol məhsul götürmək üçün ciddi səylə çalışırlar. Onlar bir neçə gündən sonra aqrotexniki becərməyə başlayacaqlar.
Qeyd edək ki, noxud bədənə enerji verər və bədəni qüvvətləndirər. Əzələlərin inkişafına və yenilənməsinə kömək edir. Qansızlığa faydalıdır. Qan xərçənginə qarşı qoruyucudur. Qaraciyərin işini nizama salır. Noxud yüksək zülallı qida və yem məhsuludur. Onun dənini qidaya təzə, konservləşdirilmiş və bişmiş şəkildə qəbul edirlər, yarma və un emal edirlər. Yem sortları (yaşıl kütlə, saman, dən), həmçinin nöxud küləşini və küfəsini mal-qaraya yedirdirlər.
Digər dənli bitkilərdə olduğu kimi noxudunda xüsusiyyəti ondadır ki, onun kökündə yerləşən və havadan azotu fiksasiya edən köküyumrular bakteriyaları sayəsində sünbüllü bitkilərindən azot gübrələri olmadan 2 – 3 dəfə artıq zülal sintez edirlər (lizin, valin və s.), toxumlarında nişastanın miqdarı yüksəkdir. Bunun sayəsində noxud qarışıq yem sənayesi üçün dəyərli bitki proteini təchizatçısıdır