Masallıda kümçülər barama qurdu gözləyirlər…
Masallıda kənd təsərrüfatı istehsalının digər sahələri ilə yanaşı baramaçılığın da inkişafına diqqət artırılıb. Məhz Masallı ərazisində ənənəvi təsərrüfat sahələrindən biri baramaçılıqdır.
Ölkəmizdə fermerlərə, məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi, onlara verilən subsidiyalar, güzəştli kreditlər Masallı rayonunda baramaçılığın inkişafı üçün real imkanlar yaradıb.
Ötən il Masallı rayonunda 5318,80 kiloqram yaş barama “Azər-İpək” MMC-yə təhvil verilib.
Təhvil verilmiş yaş baramaya görə istehsalçılara hər kiloqramına görə 4 manat olmaqla 21218,67 manat ödənilib.
Dövlət büdcəsinin vəsaiti hesabına isə təhvil verilmiş yaş baramanın hər kiloqramına görə 5 manat olmaqla 26395,50 manat subsidiya hesablanaraq, cəmi 47614,17 manat kümçülərin bank hesablarına köçürülüb.
Rayonda baramaçılığın yem bazasını möhkəmləndirmək məqsədilə Çin Xalq Respublikasından 2018-ci ildə 25000, 2019-cu ildə isə 30000 ədəd tut tingi gətirilib.
Masallı rayonu üzrə ümumilikdə 37 ərazidə barama saxlanması üçün yerlər hazırlanır. Təcrübəli kümçülər bilirlər ki, barama iqtisadi cəhətdən şox xeyirli məşğuliyyətdir. Belə ki, az müddət ərzində kifayət qədər pul qazanmaq yollarından biri baramaçılıqla məşğul olmaqdır. Baramaçılıqla məşğul olmaq masallı camaatının dədə-baba sənətidir ki, bu günə gəlib çıxıb. O vaxtlar kümçülər gözləyərdilər ki, barama qurdu kəndə nə vaxt gətiriləcək və onlar bu işlə məşğul olacaqlar...