Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
Şəmsəddin Şükürovdan, Masallı, Azərbaycan
26 aprel 2020 president.az
Əziz Prezident.
Sizin sayənizdə Azərbaycan koronavirusun az yayıldığı və əhaliyə sosial dəstəyin yüksək səviyyədə olduğu ölkələrdən biridir. Pandemiya ilə mübarizədə bütün güclü dövlətlərdən əvvəl gördüyünüz qabaqcıl tədbirlər tez bir zamanda faydasını verdi. Bütün bunlar biz vətəndaşların sağlamlığı üçün planlaşdırılıb. Axı, həyatda insandan, insan həyatından qiymətli heç nə yoxdur. Siz uşaqdan böyüyə kimi hamını düşünürsünüz. Tələbələri, iş adamlarını Vətənə qaytardınız, hər bir şəxsə fərdi yanaşma tətbiq edildi. Sizin humanist və qayğıkeş insanlıq meyarlarınız dünyadakı bütün azərbaycanlıların qürur mənbəyidir. Uğurlarınıza, qələbənizə sevinirik və Ümummilli Liderin təbirincə desək, indi hamımız bir nəfər kimi fəxr edirik ki, biz azərbaycanlıyıq. Bu gün Sizin sayənizdə üçrəngli bayrağımız ən uca zirvələrdə dalğalanır.
Hörmətli cənab Prezident, Sizin bütün dialoq və çıxışlarınız, xüsusilə Münxen Təhlükəsizlik Konfransındakı tarixi, intellektual, heyrətamiz çıxışınız məni də bir insan kimi valeh etdi. Bütün bunlara görə Sizə minnətdarlığımı ifadə edirəm. Mən öz vətəndaşlıq duyğularımı Sizə bildirirərək demək istəyirəm ki, Siz Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Bu millətin Prezidenti yalnız Siz ola bilərsiniz və öz işlərinizlə, çoxşaxəli fəaliyyətinizlə bunu sübut edirsiniz. Biz Sizə inanırıq, cənab Prezident!
Məsuliyyətli və şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram. Həmişə Allahıın nəzərində olasınız.
Hörmətlə,
Şükürov Şəmsəddin Əsədulla oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Qasımlı kəndi.