Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda koronavirus tədbirləri davam etdirlir

27 aprel 2020 | 16:00

1. 27 aprel 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Masallı şəhər ərazisində 9 terminal, 14 bankomat, 120 zibil konteyneri, 6 Bankın inzibati binası dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 175 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3.  27 aprel 2020-ci il tarixdə rayon üzrə 139 nəfər vətəndaş tibbi yoxlanışdan keçirilmişdir. Ümumilikdə isə 08 aprel 2020-ci il tarixdən 27 aprel 2020-ci il tarixədək rayon üzrə stationar xəstə və 2465 nəfər vətəndaş koronavirusa qarşı tibbi yoxlanışdan keçirilmişdir. 

4. Masallı rayonu ərazisində 3405 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaş 190 manat vəsait almışdır.

5. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 229 nəfər qeydiyyatdan keçmiş, işçilərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. 249 nəfər haqqında məlumat isə sistemə işlənilmişdir. 249 nəfərdən 215 nəfərini sistem qəbul etmiş, 34 nəfərin işi və qazancı olduğu üçün sistemdən həmin şəxslər barəsində imtina cavabı gəlmişdir.

6. Masallı rayonu ərazisində rayonun xeyirxah insanları tərəfindən gün ərzində imkansız ailələrə 6150 ədəd çörək (bu günə kimi ümumilikdə 105 700 ədəd) paylanılmışdır.

Keçidlər