Şriftin ölçüsü :

Saytın rəngi :

KALİNOVKA KƏND SAKİNLƏRİ İLƏ GÖRÜŞ

17 aprel 2014 | 15:00

Masallı rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu 16.04.2014-cü il tarixdə Kalinovka ərazisində keçirilmişdir. Ərazinin 2547 nəfər əhalisi, 1454,4 ha ümumi torpaq sahəsi və 944 ha pay torpaq sahəsi vardır.

            Ərazidə 1 tam orta məktəb, 1 kənd sahə xəstəxanası, 1 uşaq bağçası, 1 mədəniyyət evi, 1 poçt və 1 ATS fəaliyyət göstərir.

            Kalinovka ərazisində təşkil olunmuş görüşü Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənməsini, dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə ətraflı şərh vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmiş, ərazidə yaşayan əhalini narahat edən məsələləri, kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.

            Kənd ziyalılarından Rafiq Abuşov, Faiq Axundov ağsaqqallardan Abid Məmmədov, Əlisa Qədiyev kənd sakinlərdən İslam Ələkbərov, Məzahim Mehbaliyev və başqaları çıxış edərək kənd sahə xəstəxanasının əsaslı təmir olunmasına, kənd ara yollarının təmir olunmasına, kənd mədəniyyət evinin təmir olunmasına və istirahət mərkəzinin tikintisinə görə kənd əhalisi adından ölkə prezidenti Cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

            Sonra sakinlər əraziyə içməli suyun çəkilməsinə, qaz xəttinin çəkilməsinə, yararsız elektrik dirəklərinin dəyişdirilməsinə və uşaq bağçasının əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.

            Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər