«Ağ şanı», «qara şanı»…
Çaxırlı kəndindəki ərazidə 7 hektar üzüm plantasiyasından hər il on tonlarla məhsul yığılır.
Bu il də bol məhsul əldə etmək üçün aqrotexniki qaydalar vaxtında həyata keçirilir.
Bağlarda qış budaması başa çatan kimi fəhlələr tənəklərin bağlanması tədbirini həyata keçirirlər. Üzümçülər yaxşı bilirlər ki, Azərbaycanın kənd təsərrüfatının ən populyar məhsulları sırasında üzüm məhsulunun xüsusi yeri var.
Müəyyən edilmişdir ki, üzümün şirəsində bir sıra müalicə əhəmiyyətli olan maddələr vardır. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), dəmir duzlarını, kalium-permanqanatı, C və B qrupu vitaminləri, karotin, aşı, boyayıcı və pektin maddələrini və s. göstərmək olar. Üzüm tənəyinin yarpağının tərkibində çoxlu miqdarda C vitamini, karotin, aşı maddəsi, üzvi turşular və s. vardır.
Üzümün giləsi və şirəsi ürək-qan damar sistemi xəstəliklərində, tənəffüs yolları iltihabında, mədə-bağırsaq, qaraciyər, öd yolları və böyrək xəstəliklərində çox xeyirlidir.
Üzümdən hazırlanan doşab qanazlığında, ümümi zəiflikdə çox faydalı qüvvətverici vasitədir. Üzüm qorasından hazırlanan "abqora" isə xəstəliyin ilk dövründə çox yaxşı təsir göstərir. O, susuzluğun qarşısını almaqla yanaşı, xəstənin tez sağalmasını tezləşdirir. Qurudulmuş üzüm gilələri isə qanazlığında çox xeyirlidir.