Gənclər və İdman nazirliyinin Masallı paylaşımı
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəsmi facebook səhifəsindərayonumuzda onlayn qaydada keçirilən “Evdə qal, idmandan qalma” layihəsi işıqlandırıldı
"Xəmsə " Milli İntellektul oyunu üzrə rayon birinciliyi keçirildi
21-23 aprel 2020-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Könüllülər ili" çərçivəsində gənclər arasında onlayn qaydada "Xəmsə" Milli intellektual oyunu üzrə rayon birinciliyi keçirildi.
Whatsapp vasitəsi ilə keçirilən onlayn oyununun əsas məqsədi xüsusi karantin dövründə gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının müvafiq bədlərinin icrasını təmin etməkdir.
Fərdi qaydada keçirilən onlayn yarışda gənclərdən Cəbiyev Şamxal 8700 xal toplayaraq birinci yerə ,Teymurlu Toğrul 7200 xal toplayaraq ikinci yerə, Baxışov Nicat 3300 xal toplayaraq üçüncü yerə layiq görüldülər .
Qaliblər Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırılacaq.
Masallı rayon Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən UGİM-in Taekvondo bölməsinin yetirmələri Vəliyev Rahid, Əzizli Sevda, Xəlilov Adıgözəl, Sadıqlı Hüseyn, Bayramov Tunar, Dadaşzadə Əli, Əhmədzadə Yusif və Fəttayeva Fatimə də
"Evdə qal, idmansız qalma!" layihəsinə uğurla qatıldılar
#evdəqalidmansızqalma
23 aprel 2020-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov hüquq mühafizə orqanları, aidiyyatı idarə-müəssisə rəhbərləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, icma sədrləri və məktəb direktorları ilə qərargahın növbəti iclasını onlayn keçirdi.
Qeyd edildi ki, mövcud durumla bağlı Masallı Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir.
İcra hakimiyyətinin başçısı Şahin Məmmədov vurğuladı ki, yerlərdə xüsusi karantin rejiminin tələblərinin təmin olunması, əhalinin maarifləndirilməsi və dezinfeksiya işlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Eyni zamanda, Rayon Gənclər İdarəsinin təşkilatçılığı ilə 25 aprel-10 may 2020-ci il tarixlərdə 14-29 yaşlı gənclər arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə keçiriləcək "Evdə qal, evdə yarat", "Rəsm və əl işləri" müsabiqələri haqda gənclər məlumatlandırıldı.
Daha sonra kənd təsərrüfatı işləri müzakirə olundu.