Masallıdan Cənab Prezidentə minnətdarlıqlar davam edir
İlkin Mirzəyevdən, Masallı, Azərbaycan
28 aprel 2020 president.az
Hörmətli cənab Prezident.
Sizin Azərbaycan xalqının xilaskarı, müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olmağınız bizi bir çox qlobal fəlakətlərdən qoruyub. Biz Sizin sayənizdə koronavirusdan minimum zərər çəkən ölkələrdən biri olduq. Dünyanın aparıcı ölkələrində həyatın iflic olduğu halda, ölkəmizdə vətəndaşlarımız normal həyatlarına davam edirlər.
Sizin uzaqgörən siyasətiniz ölkəmizi bəlalardan qorudu. Buna görə, sözün əsl mənasında, lider olan Prezidentimizlə qürur duyuram. Şərəf hissi keçirirəm ki, məhz Azərbaycan Respublikasının vətəndaşıyam.
Allah Sizi və ailənizi qorusun. Sizə bundan sonra da böyük müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Mirzəyev İlkin Gülağa oğlu.
Azərbaycan Respublikası, Masallı rayonu, Kürdəbazlı kəndi.