Masallıda koronavirus tədbirləri davam etdirlir
1. 28 aprel 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə rayon Polis şöbəsi, Avtovağzal, Masallı Olimpiya İdman Kompleksinin inzibati binası, rayon Məşğulluq Mərkəzi və 6 Bankın qarşısı, şəhər ərazisində yerləşən 9 terminal, 14 bankomat, 14 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.
2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 175 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.
3. Masallı rayonu ərazisində rayonun xeyirxah insanları tərəfindən 1 ərazidə 11 imkansız ailənin hər birinə 222 manat dəyərində, 1 ərazidə 2 iribuynuzlu heyvan kəsərək ətinin paylanılmılmış və 130 imkansız ailənin hər birinə 40 manat dəyərində, 2 ərazidə 18 imkansız ailənin hər birinə 30 manat dəyərində, 1 ərazidə 4 imkansız ailənin hər birinə 25 manat dəyərində, 3 ərazidə 83 imkansız ailənin hər birinə 22 manat dəyərində, 1 ərazidə 25 imkansız ailənin hər birinə 16 manat dəyərində, 1 ərazidə 50 imkansız ailənin hər birinə 5 manat dəyərində ərzaq yardımı paylanmış və gün ərzində imkansız ailələrə 6150 ədəd (bu günə kimi ümumilikdə 111 850 ədəd) çörək paylanılmışdır.
4. Masallı rayonu ərazisində 3699 nəfər işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaş 190 manat vəsait almışdır.
5. 28 aprel 2020-ci il tarixdə koronavirusla bağlı 132 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 2597 nəfərdən yaxma götürülmüşdür.